
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report" xəbər verir ki, onların ilk qarşılaşmaları 1/8 final mərhələsinə təsadüf edəcək.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Edmond Nazaryanla (Bolqarıstan) üz-üzə gələcək.
67 kq-dakı Həsrət Cəfərov Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.
82 kq-da yarışan titullu pəhləvan Rafiq Hüseynov Mark Veberlə (İsveçrə), 97 kq-dakı Arif Niftullayev Artur Omarovla (Çexiya) qarşılaşacaq
Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.