9-06-2023, 10:57 579

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur

Azərbaycan Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur.

"Report"un Fransa bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən “Revelations” Beynəlxalq Biennalesi üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalyasiyası sərgilənir.

Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub.

Stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, “Grand Palais” – Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı və fransız parlamentarilər, incəsənət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb.

Fondun dəstəyi ilə Azərbaycanın istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayıb. Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltəraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltəraşlardan biri olduğunu qeyd edib.

E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. “Revelations” Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir.

“Grand Palais” –Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın “Revelations” Biennalesində iştirakından şad olduqlarını deyib.

Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. “Revelations” sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir.

Nümayiş olunan “Bir günəş altında” instalyasiyasının müəllifi, heykəltəraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. Azərbaycan “44 günük müharibə” ilə üzün sürən Qarabağ münaqişəsinə son qoyduqdan sonra heykəltəraş saza ikinci həyat vermək qərarına gəlir və beləliklə, “Bir günəş altında” instalyasıyası yaranır. Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizmini, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir.

Milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən biennaliyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib.

Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.

Paylaş

Xəbər lenti

"Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR