
Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın olub.
Bu barədə "AVESTA.AZ" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.