20-06-2023, 18:28 558

İcma sədri: “Ermənistanın dialoqda iştirakdan yayınması ədalətli həll istiqamətində irəliləyişə mane olur”

“Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur”.

“Report” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş "Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi" adlı tədbirdə çıxışı zamanı deyib.

İcma sədri bildirib ki, biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq: “Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası və hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan Hökumətinin bəyan etdiyi və təsirli tədbirlər gördüyü kimi, Ermənistan Hökuməti də bizim hüquqlarımızın zəmanət altına alınması və reinteqrasiyamızın təmin olunması naminə konkret addımlar ataraq qarşılıq verməlidir.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik”.

“Davamlı dialoq cəhdlərimizə baxmayaraq, Ermənistan hələ də bizim barışıq çağırışlarımıza cavab verməyib. Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanı qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır. Bundan başqa, ümid edirik ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağımız üçün bizə kömək edəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır: “Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk. Dövlətlərin və təşkilatların möhtərəm nümayəndələrindən aldığımız cavablar və dialoqumuzun mahiyyəti onu söyləməyə əsas verir ki, geri qayıtmaq hüququmuz beynəlxalq səviyyədə haqlı məsələ kimi tanınıb”.

Ə.Ələkbərli vurğulayıb ki, bu xüsusda, qayıdış konsepsiyamızda mərkəzi rolda səciyyələndirdiyimiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə davam edən repatriasiya, reinteqrasiya, reabilitasiya və yenidənqurma səylərinin planlaşdırılması və icrası ilə bağlı dialoqumuza böyük dəyər veririk: “Bu gün – Ümumdünya Qaçqınlar Günündə biz, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizin təmin olunması istiqamətində haqq işimizə dəstək verməsi məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışımızı bir daha təkrarlayırıq”.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR