
Təhsil naziri Emin Əmrullayev məktəblərin birində “Son zəng” tədbirində iştirak edib.
Avesta xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.
Əmrullayev məzunları təbrik edib: “Bu il 91 mindən çox şagird 11 illik məktəb həyatını bitirərək yeni dövrə qədəm qoyur. Əziz məzunlarımız, sizi ürəkdən təbrik edir, yeni həyatınızda uğurlar arzulayıram. Hər biriniz Vətənimiz üçün böyük dəyər təşkil edirsiniz. Yolunuz açıq olsun!”

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.