14-06-2022, 14:49 1955

İranla sərhəddə əməliyyat -

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Avesta xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

İyun ayının 1-də saat 23:10-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan, 2002-ci il təvəllüdlü Abbaszadə Fərəc Əli oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 3348 qram narkotik vasitə (2800 qram “heroin”, 520 qram “metamfetamin” və 28 qram “marixuana”) aşkar olunaraq götürülüb.

May ayının 31-də saat 23:00 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq bir nəfərə məxsus ayaq izləri aşkarlayıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və qoşun-əməliyyat tədbirləri nəticəsində meşəlik massivdə kolluqların arasında gizlənən Astara rayonunun Ərçivan kənd sakini, 1993-cü il təvəllüdlü İmaməliyev Gündüz Əfqan oğlu saxlanılıb.

Araşdırma zamanı G.İmaməliyevin əvvəllər də dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respub­likasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini pozması müəyyənləşdirilib.

G.İmaməliyevin saxlanıldığı ərazidə xidməti itlər də cəlb edilməklə keçirilmiş axtarış zamanı kolluqların arasında onun tərəfindən gizlədilmiş bir ədəd çanta, içərisində ümumi çəkisi 7748 qram olan müxtəlif növ narkotik vasitələr (2149 qram “heroin”, 2265 qram “marixuana”, 2039 qram “tiryək”, 1295 qram “metamfetamin”), 976 ədəd psixotrop tərkibli “metadon-40” həbi və bir ədəd ov bıçaqı aşkar edilərək götürülüb.

İyun ayının 8-də saat 00:10-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:50-də Ələt-Astara avtomagistral yolunun 13-cü km yaxınlığında sərhədboyu ərazidə avtomobildən düşərək yol nişanı sütünunun altından naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Kənan Sərhad oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən bir ədəd bağlamanın içərisində 403 qram narkotik vasitə “heroin” və 2980 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş

Xəbər lenti

Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Dünən, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Dünən, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Dünən, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Dünən, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Dünən, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Dünən, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Dünən, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Dünən, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Dünən, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Dünən, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Dünən, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR