
Özbəkistanda növbədənkənar prezident seçkilərində 24 ölkədə yaşayan 3 minə yaxın vətəndaş səs verib, digər ölkələrdə isə səsvermə hələ başlamayıb.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Bahromjon Djoraboeviç Aloev ölkədən kənarda seçki məntəqələrində səsvermə prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xaricdə yaşayan və ya müvəqqəti olan ölkə vətəndaşları 39 şəhərdə səfirlik və konsulluq idarələrində yaradılmış 56 seçki məntəqəsində səs vermək hüququna malikdirlər.
“Vətəndaşlarımızın prezident seçkilərində iştirak etmələri üçün xaricdə seçki məntəqələrinin təşkili istiqamətində zəruri tədbirlər görülüb və xeyli iş görülüb”, - nazir müavini vurğulayıb.
Aloev əlavə edib ki, seçkilərdə müşahidəçi qismində 47 ölkədən 800-dən çox xarici nümayəndə iştirak edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.