
Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00-red) Latviyanın birpalatalı parlamentinə - Seymə növbəti seçkilərdə səsvermə başlayıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Ümumilikdə 1 030 seçki məntəqəsi – Latviya ərazisində və ölkədən xaricdə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə saat 21:00) qədər açıq olacaq.
Seçicilər qarşıdakı 4 il ərzində onların maraqlarını təmsil edəcək 100 deputat seçməli olacaqlar.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Kristine Berzinya qeyd edib ki, elan olunmuş yaşayış yerindən asılı olmayaraq istənilən seçki məntəqəsində səs verə bilər. O ümid edir ki, bu, seçici fəallığını artıracaq.
Qeyd edək ki, Latviyanın 18 yaşından yuxarı vətəndaşları Seymə seçkilərdə səs vermək hüququna malikdirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.