
“Mançester Siti”nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva hələ də “Əl-Hilal” üçün maraqlıdır.
“Report” “CBS Sports”a istinadən xəbər verir ki, Səudiyyə klubu 28 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu “şəhərlilər”in diqqətinə çatdırıb.
Qeyd edək ki, Bernardu Silva altı ildir (2017-ci ildən) “Mançester Siti”nin formasını geyinir. 2022/2023 mövsümündə portuqaliyalı bu klubun heyətində bütün yarışlarda 52 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
Daha əvvəl Silvanın PSJ-yə keçmək arzusu ilə bağlı xəbərlər yayılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.