12-07-2023, 13:36 470

QMİ sədri Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etməsilə əlaqədar etiraz məktubu ünvanlayıb.

Qurumdan "AVESTA.AZ"a daxil olan məktubda deyilir:

“O bir olan Uca Yaradanın adı ilə!

Təəssüflə qeyd etməliyik ki, 2022-ci ilin 31 avqust – 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında olduğu kimi, ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etmişdir. Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir. Belə qənaətə gəlmək olar ki, 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etməməsi haqqında o vaxtki mövqeyindən fərqli olaraq, ÜKŞ hazırda birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ son dövrlərdə dünyada cərəyan edən siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna xələl gətirir. Düşünürük ki, müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə Kilsə adını daşıyan Təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir.

Beynəlxalq aləmə yaxşı məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın əsassız ərazi iddiaları əsasında başlamış və dünya birliyi tərəfindən tanınmış ərazilərimizin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalmışdır. Qonşu ölkənin təcavüzü, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün məşəqqətini yaşamışdır. Azərbaycan xalqı və müzəffər Ordusu 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad etdi. Yalnız bundan sonra bütün dünya ermənilər tərəfindən Qarabağda on illər boyu törədilən dəhşətli vandalizm əməllərinin ağlasığmaz miqyasının şahidi oldu. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılmış, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilmiş, 2 məscid tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə “yandırılmış torpaq” siyasəti həyata keçirilmişdir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırmışlar.

On illər boyu Ermənistanın hazırkı ərazisindəki Azərbaycana məxsus tarixi-mədəni və dini abidələr, o cümlədən İrəvanda “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər qədim məscidlərimiz tamamilə dağıdılmış, yeganə salamat qalan Göy məscidin isə orada guya “baş verən” yanğından sonra memarlıq xüsusiyyətləri dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın tarixi ərazisi olan Qarabağda müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən erməni işğalçıları Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri saxtalaşdıraraq qriqorianlaşdırmış, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv etmişdir. Halbuki Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və digər bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməniəsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur.

Xüsusilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın 86,6 min kv. km. təşkil edən ərazisində “Artsax” adlı inzibati vahid yoxdur və bunu dünya birliyi ilə yanaşı, Ermənistanın Baş naziri N.Paşinyan da rəsmən etiraf etmişdir. Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda cari ilin əvvəllərində ölkəmizin təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının çirkləndirilməsinə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixli bəyanatından sonra işğaldan azad olunmuş ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların və hərbi sursatın daşınması faktlarına qarşı ekofəalların dinc xarakterli haqlı etiraz mitinqləri olmuşdur. Həmin dövrdə və bu gün də humanitar məqsədli gediş-gəlişə və mülki malların daşınmasına heç bir məhdudiyyət yoxdur. Birmənalı şəkildə bildiririk ki, erməni kilsəsi və onun havadarları tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatlar, Qarabağda guya humanitar böhranın və “etnik təmizləmə siyasəti”nin yaşandığı barədə iddialar böhtan xarakteri daşıyır və qanunsuz erməni hərbi qruplaşmalarının Azərbaycanın ərazisində təxribatçı terror fəaliyyətlərini ört-basdır etməyə hesablanmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə yüzlərlə dinc sakinimiz bu gün də ermənilər tərəfindən qoyulmuş minalara düşərək öz həyatını itirir, əlil olur, erməni kilsəsi isə dini kürsüdən istifadə edərək yenidən müharibə ritorikası ilə çıxışlar edir və revanşizmi dəstəkləyir.

Bu məktubumuzla rəhbərlik etdiyiniz Təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq. Çünki Vahid Yaradana və Haqqa xidmət edən din xadimləri, dini təşkilatlar, xüsusilə dini liderlər münaqişəyə və qarşıdurmaya deyil, humanizm ideyalarına, sülhə, birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər. İncildə İsa əleyhisalamın da buyurduğu kimi: “Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək” (Matta, 5:9).”

Paylaş

Xəbər lenti

Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR