
Göyçayda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində baş verib.
Belə ki, Mürsəlov Salman Hacı oğlunun idarə etdiyi “23-BG-323” dövlət nömrə nişanlı "OKA" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən yanmağa başlayıb.
Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Avtomobil tamamilə yanaraq külə dönüb, hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.