Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketi barədə razılığa gəliblər, lakin bu, qaz embarqosunu əhatə etməyəcək.
Avesta.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketi əsasən mövcud qaydaların aydınlaşdırılmasını ehtiva edir və enerji resurslarının nəqlinə əlavə məhdudiyyətlər tətbiq etmir.
“Biz açıq şəkildə bildirdik ki, "Qazprombank" sanksiya siyahısında deyil. Yeni qadağa qızıla və dövlət alışlarına aiddir.
Peter Siyarto həmçinin qeyd edib ki, 48 nəfər, o cümlədən Rusiya Baş nazirinin müavini, bir neçə Rusiya rəsmisi və Sberbank da daxil olmaqla, 9 təşkilat Aİ-nin sanksiyalar siyahısına əlavə olunacaq.



