29-08-2023, 16:37 538

Son altı ayda qanunsuz dövriyyədən 225 milyon manatlıq narkotik vasitə çıxarılıb

Bu ilin yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 696 cinayət faktı aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Aşkarlanan cinayətlərdən 2335-i narkotik vasitələrin qanunsuz satışı, 4112-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 219-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olanlar olub. Faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 598 kq 616,379 qr-nı heroin, 2 ton 874 kq 140,356 qr-nı marixuana, 221 kq 863,961 qr-nı tiryək, 50 kq 986,102 qr-nı həşiş, 274 kq 649,411 qr-nı psixotrop maddələr, 121 kq 662,49 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 40068 ədəd həb metadon, 11624 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul və 1133 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 343,68 hektar sahədən çəkisi 211 ton 691 kq 610,98 qr olan 762300 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 165 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 186 kq 111,606 qr və 40068 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 168-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 215 kq 109,866 qr,190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilib. 1837 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 098 kq 379,3 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Bu ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 225 milyon 099 min 265 AZN kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 145, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 271, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 291 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 237 kq 126,909 qr artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 19, digər növ cinayət faktların sayı 37, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 70, qrup halında olan cinayətlərin sayı isə 34 fakt azalıb.

Bu ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 51856 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1550 nəfərindən 846-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Paylaş

Xəbər lenti

Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ Bu gün, 14:48 Dilarə Əliyevanın qızı Banu bu festivalın aparıcısı olacaq Bu gün, 14:48 Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib Bu gün, 14:48 Növbəti köç karvanı Xocavəndə çatıb Bu gün, 14:48 Karel Havliçek Azərbaycana təkrar səfər edəcək Bu gün, 13:48 DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun Bu gün, 13:48 AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi Bu gün, 13:48 Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır Bu gün, 13:48 100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı Bu gün, 13:48 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb Bu gün, 13:48 ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə heç vaxt danışmadığını bildirdi Bu gün, 13:48 Azərbaycanlı məşhurlar efirdə yalan danışdıqlarını etiraf etdilər Bu gün, 13:48 Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb Bu gün, 12:48 Prezident sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı Bu gün, 12:48 Şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR