
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yeni təyinatlar olub.
Avesta xəbər verir ki, Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Elnur Qasımov Göygöl rayonu üzrə təhsil sektoruna, Xəyal Məmmədov Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna, Elmir Cəfərov isə Daşkəsən rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin edilib.

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.