21-10-2023, 22:31 111

BMT-dəki Daimi Nümayəndəlik: Beynəlxalq birlik Azərbaycana qarşı etnik təmizləmə cinayətlərini qabaqlaya bilmədi

Azərbaycan suveren ərazilərinin qonşusu Ermənistan tərəfindən 30 illik işğalı regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini xatırladır.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev dünya təşkilatının Təhlükəsizlik Şurasının “Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli mexanizmlərin mübahisələrin sülh yolu ilə həllinə töhfəsi” mövzusunda keçirilən açıq debatlarda “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” bəndi üzrə bəyanatında bildirilib.

İclas iştirakçılarına Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalından dolayı regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini vurğulayan diplomat bunun beynəlxalq hüququn yanlış interpretasiyasına qarşı durulması üçün gərəkli olduğunu diqqətə çatdırıb.

“Beynəlxalq birlik Azərbaycana və xalqımıza qarşı təcavüzün, etnik təmizləmə və vəhşilik cinayətlərinin qarşısını ala bilmədi, öz qərarlarının icrasını təmin edə bilmədi. Münaqişənin həllinə kömək məqsədilə ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri heç bir nəticə vermədi. Hər şeyin öz adı ilə çağırmaq yerinə, beynəlxalq hüquqa münasibətdə ikili standartlar və seçicilik, həmçinin “münasib tarazlığı” saxlamaq cəhdləri təcavüzkarı yalnız cəsarətləndirdi”.

Onun sözlərinə görə, “sonsuz cəzasızlıq ümidi”nə qapılan Ermənistan sülh prosesinə laqeyd olub: “Bütün səylərini atəşkəs və sülh prosesi pərdəsi arxasında Azərbaycanın işğal olunmuş ərazilərini atəşkəs və sülh prosesi pərdəsi altında Azərbaycanın işğal olunmuş ərazilərini müstəmləkələşdirməyə yönəltmiş və bu ərazilərə 30 ilə yaxın beynəlxalq girişin qarşısını effektiv şəkildə almışdı. Belə siyasətin məğlubiyyəti qaçılmaz idi”.

Eyni zamanda, Tofiq Musayev Azərbaycanın 44 günlük müharibədə özünümüdafiə hüququndan istifadə edərək yüzlərlə yaşayış məntəqələrini işğaldan azad etdiyini, bu savaşda erməni tərəfinin bütün iddialarına rəğmən mülki sakinlərə atəş açmadığını vurğulayıb. O, iclas iştirakçılarına xatırladıb ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri, həmçinin ona tabe olan terrorçu və muzdlu qruplaşmalarla vuruşub.

“Münaqişədən sonrakı sülh perspektivlərinə və beynəlxalq tərəfdaşların yardımı ilə bu məqsədlə göstərilən səylərə baxmayaraq, Ermənistan ərazi iddialarını davam etdirməyə üstünlük verib, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmaqdan imtina edərək, ölkəmdə zorakı etnik separatizmi və yerdə silahlı təxribatların artmasını daha da qızışdırıb”.

Bundan başqa, daimi nümayəndənin müavini sentyabrın 19-20-də Qarabağda keçirilən lokal hərbi tədbirlərə toxunaraq onların səbəblərini də dinləyicilərin diqqətinə çatdırıb.

“Bu tədbirlər BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində dövlətlərə verilmiş hüquq və vəzifələrə tam uyğun olaraq və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmaqla həyata keçirilib. Onlar 24 saatdan az davam etdi və keçmiş işğal rejiminin və onun strukturlarının ləğvi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində təslim olması və tərk-silah edilməsi ilə yekunlaşdı”.

Diplomat bildirib ki, Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir: “Bu kritik məqamda biz beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə, dezinformasiya və mezinformasiya son qoymağa və regionda sülh və sabitliyin qurulması səylərində sədaqətlə iştirak etməyə təşviq etməsini gözləyirik”.

“Bəzi qeyri-regional dövlətlərin öz müstəmləkə keçmişinin və indisinin təcrübəsini Cənubi Qafqaza sırımaq və regionda ksenofob siyasətlərini genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını dəstəkləmək sülhə xidmət etmir”.

Bəyanatın sonunda Tofiq Musayev qeyd edib ki, Azərbaycan regionda sülh quruculuğunu inkişaf etdirmək əzmində qətidir: “Azərbaycan regionda sülh quruculuğu, barışıq, reinteqrasiya və inkişafı daha da yaymaqda, o cümlədən ədaləti təmin etmək, öz xalqının təhlükəsizliyinə və rifahına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhlükənin qarşısını almaq və dəf etmək əzmində qətidir”.

Paylaş

Xəbər lenti

KİV: İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib Dünən, 22:55 Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər Dünən, 22:32 Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoyub Dünən, 22:16 Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb Dünən, 21:52 ABŞ esminesi PUA-lar və raketlərlə hücuma məruz qalıb Dünən, 21:45 Şəmkirdə yol kənarında meyit tapılıb Dünən, 21:21 Polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb Dünən, 21:12 Hindistan bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı sənədi imzalamayıb Dünən, 20:52 İsrail terrorçuların hədəflərinə 10 mindən çox hava zərbəsi endirib Dünən, 20:31 Saatlıda 31 odlu silah təhvil götürülüb Dünən, 20:16 Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib Dünən, 19:56 Ağ Ev İsrailin HƏMAS rəhbərliyinin məhv etməsini faydalı taktika hesab edir Dünən, 19:13 Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatıb Dünən, 18:43 Bakıda 53 yaşlı kişi intihar edib Dünən, 18:19 Çexiyada yük qatarları toqquşub, xəsarət alan var Dünən, 18:03 ÜST: 3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir Dünən, 17:58 Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil Dünən, 17:32 Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Dünən, 17:17 Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Dünən, 16:59 Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"ə qalib gəlib Dünən, 16:55 İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır Dünən, 16:51 ABŞ 2024-cü ildə Asiyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır Dünən, 16:27 Filippin sahillərində güclü zəlzələ baş verib Dünən, 15:51 Boks üzrə Azərbaycan çempionatına start verilib - YENİLƏNİB Dünən, 15:43 Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi anılıb Dünən, 15:31 Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub Dünən, 15:09 Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib Dünən, 14:43 Dumana görə görünüş məsafəsi məhdudlaşacaq Dünən, 13:34 Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Dünən, 13:23 Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar - YENİLƏNİB Dünən, 13:06 Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Dünən, 12:58 Azərbaycan cüdoçusu Tokioda Böyük Dəbilqənin bürünc medalını qazanıb Dünən, 12:39 Bakıda hava küləkli keçəcək, bəzi rayonlarda duman olacaq Dünən, 12:21 Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dünən, 12:08 MEDİA Yalçın Əlizadənin yaxınlarına başsağlığı verib Dünən, 12:04 Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər Dünən, 11:54 İcma: BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi cəfəng iddialarla çıxış edib Dünən, 11:52 Bakıda Azadlıq prospekti - Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib Dünən, 11:45 İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir Dünən, 11:34 Azərbaycan səfirliyi Aşqabadda “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında iştirak edib Dünən, 11:29 Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək Dünən, 11:23 Britaniyanın HHQ girovları axtarmaq üçün Qəzzada kəşfiyyat uçuşları keçirəcək Dünən, 11:03 Futzal üzrə Avropa çempionatının final mərhələsi iki şəhərdə keçiriləcək Dünən, 10:36 Qusarda avtomobil piyadanı vuraraq öldürüb Dünən, 10:27 Qəza ilə əlaqədar Bakının 3 rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq Dünən, 10:24 Premyer Liqa: bu gün “Sabah” səfər, “Neftçi” ev oyununa çıxacaq Dünən, 10:21 Yevlaxda 57 yaşlı kişi intihar edib Dünən, 10:03 KXDR kəşfiyyat peyki üzrə idarəni işə salıb Dünən, 09:57

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR