
Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşüb.
“Report” xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında yazıb.
O, dəstəyə görə polşalı həmkarına təşəkkür edib.
Xatırladaq ki, A.Duda Kiyevdə səfərdədir. O, Krım Platforması Sammitində iştirak edəcək
Polşa Prezidenti Anjey Duda Kiyevə gəlib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, onu Ukrayna Prezident Ofisinin nümayəndələri qarşılayıblar.
Bildirilib ki, Anjey Duda səfər çərçivəsində Krım Platforması Sammitində iştirak edəcək.
Xatırladaq ki, bu gün Krım Platforması Sammiti keçiriləcək. NATO Baş katibi Yens Stoltenberqin də konfransda iştirak edəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.