30-10-2023, 20:33 1286

Qərbi Azərbaycan Xronikası: “1948-ci ildə deportasiya olunanların yarısı o dövrdə həlak olub”

Bu gün "Baku Tv"nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov olub.

O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən söhbət açıb. Bildirib ki, kəndin əvvəlki adı Çuxurlu, Çamırlı, Ortakənd və Hüseynquluağalı olub. Sovet hakimiyyəti illərində bu kəndin adı yenidən dəyişdirilərək, böyük partiya və dövlət xadimi Nəriman Nərimanovun adı ilə əlaqələndirilib. Müsahib bildirib ki, üç minə yaxın sakini olan Nərimanlıda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb.

Kənddə elmə və təhsilə böyük maraq olduğunu dilə gətirən professor qeyd edib ki, o dövrdə hər il kənd orta məktəbini bitirən məzunların 70-80 faizi ali məktəblərə qəbul olub, tələbə adını qazanıb: “Nərimanlı kəndinin özünəməxsus ənənələri var idi. Bu ənənələrdən biri də təhsilli, bilikli, savadlı olmaq uğrunda mübarizə aparmaq, kəndin yeniyetmə və gənclərini bu istiqamətə yönəltmək idi. Hər bir ailə başçısı öz övladını təhsilli görmək istəyirdi. Bu mühitin formalaşmasında, qorunub saxlanmasında Nərimanlı kənd orta məktəbinin, orada dərs deyən müəllimlərin də xüsusi rolu var idi. Sözügedən təhsil ocağının yetirmələri arasında 400-dən çox müəllim var. Bu məktəbdə orta təhsil almış, vaxtilə Nərimanlıda yaşamış 200-dən çox həkim hal-hazırda nəinki Azərbaycanda, eləcə də ABŞ, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan və digər ölkələrdə səhiyyə sektorunda çalışır. Vaxtilə Nərimanlı kənd orta məktəbini bitirənlərdən hazırda 12 nəfər elmlər doktoru, 22 nəfər fəlsəfə doktoru elmi adını daşıyır. Nərimanlıda tələbə adını qazananlara kənd sakinləri hörmətlə yanaşır, evlərinə qonaq dəvət edir, öz övladlarına nümunə göstərirdilər. Ümumiyyətlə, Nərimanlı kənd orta məktəbi Basarkeçər rayonunun qabaqcıl təhsil ocağı hesab olunurdu”.

Ötən əsrin əvvəlində və ayrı-ayrı vaxtlarda Qərbi Azərbaycanda soydaşlarımıza qarşı tətbiq edilən deportasiyalardan söhbət açan N.Bayramov deyib ki, 1948-ci il deportasiyasında öz el-obasından didərgin salınanların yarısı elə o dövrdə müxtəlif səbəblərdən həlak olub. Onun sözlərinə görə, sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda soydaşlarımız daim ermənilərin təzyiqlərinə məruz qalıblar. 1988-ci il hadisələri zamanı isə təkcə Basarkeçər rayonundan 50 minə yaxın azərbaycanlı deportasiya olunub: “1988-ci ildə ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı müxtəlif təzyiq və təhdidlərə, fiziki və mənəvi işgəncələrə məruz qoyaraq, zor gücünə öz evlərindən qovdular. Qış aylarına təsadüf edən bu hadisələr zamanı soydaşlarımız çox böyük çətinliklərlə üz-üzə qaldılar. Onlar arasında öldürülən, əmlakı talananlar da oldu. Amma Azərbaycanın Qarabağ bölgəsindəki erməniləri heç kim zorla evindən çıxarmadı. Seçimi onlar özləri etdilər. Getmək istəyənlər dinc şəkildə, təhlükəsiz qaydada Qarabağı tərk etdi, qalmaq istəyənlər də hazırda orada yaşayışlarını davam etdirməkdədirlər. Halbuki, Qərbi Azərbaycanda soydaşlarımıza bu cür seçim imkanı yaradılmamış, belə xoş rəftar tətbiq edilməmişdi. Əslində, ermənilərlə azərbaycanlıların bir fərqi də bundadır”.

AMEA-nın müxbir üzvü Nuru Bayramov həm də Qərbi Azərbaycan İcmasında Basarkeçər Rayon İcmasının sədri vəzifəsi daşıdığından indiyə qədər orada görülən işlərdən də söhbət açıb. Qərbi Azərbaycana qayıdışın mərhələli şəkildə həyata keçiriləcəyini diqqətə çatdıran professor tarixi torpaqlarımıza sahib çıxmağın başlıca hədəf olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 30-da saat 19:30-da "Baku Tv"nin efirində və yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR