16-11-2023, 13:57 762

Siyasi intriqalar yuvasına çevrilən YUNESCO - Odri Azulenin iflic etdiyi təşkilat - ŞƏRH

BMT-nin əsas funksiyası beynəlxalq münasibətlərin nizamlanmasına yardım etməkdir. Ancaq hadisələr onun bu vəzifəsinin öhdəsindən gələ bilmədiyini təsdiqləyir. Yarıtmaz fəaliyyət onun Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESCO-ya da aiddir.

Bu qurumun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

Ancaq təşkilat nizamnaməsində nəzərdə tutulan bu kimi humanitar funksiyalarından daha çox Fransa hakimiyyətinin siyasətini həyata keçirən orqana çevrilib. Hər kəsə məlum bir həqiqət var – yuxarıda adları çəkilən humanitar sahələr sərhəd tanımır, onlar bəşəridirlər. Ancaq YUNESCO bu bəşəri vəzifəni həyata keçirmir.

Bu günlərdə Qətər əmiri şeyx Hamad ben Xəlifə əl-Taninin keçmiş həyat yoldaşı Moza bint Nasser bu təşkilatın xoşməramlı səfiri missiyasından imtina edib.

Nüfuzlu və dünya şöhrətli xanım Qəzza zolağından, münaqişə bölgəsindən uşaqların təxliyəsinə, onlara yardım etməkdə acizlik göstərdiyinə görə YUNESCO-nu qınayıb. Onun təşkilatı tərk etməsinə əsas səbəb də bu göstərilib.

Qeyd edək ki, o, qərarını İstanbulda keçirilən “Fələstin üçün bir ürək” sammitində açıqlayıb.

Bu təşkilatı aciz və siyasi maraqları təmin edən quruma çevirən onun direktoru Odri Azuledir. O, Fransa hökumətində müxtəlif vəzifələri tutub, mədəniyyət naziri olub. Yelisey sarayında aldığı siyasi tərbiyəni o, apolitik təşkilat olan YUNESKO-ya da daşıyıb.

Odri Azule birinci dəfə sədr seçiləndə Azərbaycan torpaqları işğal altında idi. O zamandan bu qurum erməni işğalı altında olan ərazilərə səfər edib işğalçıların dağıtdığı mədəni, tarixi abidələrə baxış keçirmək cəhdi belə göstərməyib. Eləcə də ərazilər işğaldan azad edildikdən sonra da qurum və onun başçısı bölgədəki humanitar vəziyyətlə bağlı müşahidə aparmayıb. Bununla yanaşı Odri Azule torpaqlar azad edildikdən sonra Azərbaycana qarşı əsassız çağırışlar da etməyi yaddan çıxarmadı.

Odri YUNESCO tarixində ən qalmaqallı sədr sayılır. Onun rəhbərliyi altında Baş direktorun müavini Firmin Matokonun dəyişdirilməsi faktını nümunə kimi göstərmək olar. Belə ki, kadr dəyişikliyi zaman Baş direktor başqa səfirlərin rəyini nəzərə almadan müavini işdən azad edib. Odri Azule Apelyasiya Şurasının katibi vəzifəsi ilə bağlı təyinatda da ikiüzlülük edib. Baş direktor Serbiya nümayəndəsinə bu vəzifə ilə bağlı söz verib. Ancaq son nəticədə Fransadan olan təmsilçini təyin edib.

Bununla da Azule qurum daxilində yerlibazlıqla məşğul olub. YUNESKO baş direktoru ilə birlikdə daha çox intriqa yuvasına çevrilib.

Demək olar ki, təşkilat beynəlxalq aləmdə siyasi alət kimi istifadə edilir. Baş direktoru onu humanitar məsələlərlə bağlı fəaliyyətsiz qurum halına salıb. Odur ki, BMT-nin, qurumlarının, o cümlədən bəhs etdiyimiz təşkilatın yenidən qurulmasına ehtiyac yaranıb. Çünki bu təşkilat yarananda beynəlxalq şərait fərqli idi. İndi isə dünyanın bütün bölgələrində yeni humanitar şərait yaranıb. Mövcud nizamnaməsi isə YUNESCO-ya mandatına uyğun fəaliyyət göstərməyə imkan vermir. Odri Azule kimi Baş direktorun siyasi və şəxsi ambisiyaları isə onun fəaliyyətini iflic vəziyyətinə gətirir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR