29-11-2023, 05:12 528

Azərbaycanlı deputatlar Meksika ştatlarının yerli konqreslərində görüşlər keçiriblər

Azərbaycan Milli Məclisinin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində həmin ölkənin Hidalqo ştatının konqresini ziyarət edib, konqresin inzibati binası və “Qanunvercilik Muzeyi” ilə tanış olub, o cümlədən yerli qanunverici orqanın üzvləri ilə görüş keçiriblər.

Bu barədə "AVESTA.AZ"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Konqresin prezidenti Xesus Leines Milli Məclisin nümayəndə heyətini salamlayaraq, onları Hidalqoda görməkdən çox məmnun olduqlarını və bu səfərin iki ölkə arasındakı parlamentlərarası əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini bildirib.

Meksika Konqresinin senatoru Navor Roxas çıxışında Azərbaycanın illər boyu işğala və soyqırımına məruz qalan tərəf olduğunu, nəhayət üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdiyini vurğulayıb. Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, qısa müddət ərzində əldə edilmiş heyrətamiz nəticələrin şahidi olduğunu bildirib.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkül tapdığını, eləcə də parlamentlər səviyyəsində fəal əməkdaşlığın mövcud olduğunu qeyd edib, müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının getdikcə artan roluna toxunub. Azərbaycanlı deputat qadın və uşaqların sosial müdafiəsinin və təminatının gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən proqramlar haqqında ətraflı məlumat verib.

E.Mirbəşiroğlu bildirib ki, otuz il ərzində əraziləri işğala məruz qalsa da, şəhər və kəndləri dağıdılsa da, məhz Azərbaycan münaqişə başa çatandan sonra Ermənistana sülh əlini uzadıb, sülh masasına oturmağı təklif edib. Azərbaycanın Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyi halda, guya ermənilərin bu ərazilərdən qovulması ilə bağlı fikirlərin əsassız və qəbuledilməz olduğu vurğulanıb, Meksika tərəfinin ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasında Azərbaycanın, haqq-ədalətin yanında olacağına ümidvar olduğumuz bildirilib.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov çıxışı zamanı Azərbaycanın zəngin dövlətçilik tarixinə nəzər salıb, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının müasir tariximizdə şanlı səhifə olaraq yer aldığını bildirib. M.Talıbov regionda cərəyan edən son hadisələr barədə ətraflı məlumat verib və Meksikanın bu hadisələrə adekvat və konstruktiv yanaşma nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin uğurla inkişafının məmnunluq doğurduğunu qeyd edib, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin bir çox sahələrdə əməkdaşlıq imkanlarımızı artırdığını diqqətə çatdırıb.

Eyni zamanda, Milli Məclisin nümayəndə heyəti Xalisko ştatının konqresində olub, konqres binası ilə tanışlıqdan sonra yerli qanunverici orqanın nümayəndələri ilə görüşüb, iki ölkə arasında mövcud olan əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından parlament diplomatiyasının, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Hər iki ştatda keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Hər iki səfər ölkə KİV-də geniş işıqlandırılıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR