
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb.
Avesta xəbər verir ki, 112 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam klubu 85,6 xalla 88-cidir.
Siyahıya 292 xalla Niderlandın “Ayaks” klubu başçılıq edir. "Çelsi" (287) və "Mançester Siti" (286) növbəti sıralarda yer alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.