15-01-2024, 11:51 456

Magistraturaya sənəd qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Bakalavr yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.

İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır.

Qəbul elanının tam mətni "Magistr" jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Paylaş

Xəbər lenti

Dabaq xəstəliyinə qarşı milyonlarla doza peyvənd ALINACAQ Bu gün, 19:48 Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ Bu gün, 19:48 Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır Bu gün, 19:48 ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb Bu gün, 19:48 Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir Bu gün, 19:48 İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu gün, 18:48 Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək Bu gün, 18:48 Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib Bu gün, 18:48 Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq" Bu gün, 18:48 Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib Bu gün, 18:48 Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir Bu gün, 18:48 Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb Bu gün, 17:49 Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib Bu gün, 17:49 Nazir: Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək Bu gün, 17:49 Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib Bu gün, 17:48 Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Emin Ağalarov: "Liderlərin "Sea Breeze"ə səfəri gözlənilir" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir Bu gün, 17:48 WUF13: Bakı qlobal urbanizasiya siyasətinin əsas platformalarından birinə çevrilir Bu gün, 17:48 KİV: Bakı-Tbilisi dəmiryol nəqliyyatı bərpa olunur - TARİX AÇIQLANDI Bu gün, 17:48 Azərbaycan Belarus və Qazaxıstandan benzin almağa başlayıb Bu gün, 17:48 WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb Bu gün, 17:48 Elvin Hacıyevə yüksək vəzifə verildi Bu gün, 17:48 Serbiya prezidenti: "Azərbaycanla birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcəyik" Bu gün, 16:48 UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir Bu gün, 16:48 Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib Bu gün, 16:48 Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir Bu gün, 16:48 AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb Bu gün, 16:48 Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi Bu gün, 16:48 İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır Bu gün, 16:48 İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib Bu gün, 16:48 Mavriki Prezidenti: WUF13-ə dəvətinə görə İlham Əliyevə təşəkkür edirəm Bu gün, 16:48 Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib Bu gün, 16:48 Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb Bu gün, 16:48 Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır Bu gün, 16:48 XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib Bu gün, 16:48 Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 15:48 Nqa Kor Minq: Azərbaycan WUF13-ün iştirakçı sayına görə rekord müəyyən edib Bu gün, 15:48 Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək Bu gün, 15:48 Moskvada leysan yağışları 122 illik rekordu yenilədi Bu gün, 15:48 Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk Bu gün, 15:48 İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək Bu gün, 15:48 "Haber Global" İlham Əliyevin Bakıda keçirilən WUF13-dəki çıxışından videosüjet hazırlayıb Bu gün, 15:48 Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm Bu gün, 15:48 Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib Bu gün, 15:48 İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR