
Biləsuvar rayonunda bu gün ərzində kütləvi dəm qazından zəhərlənmə hadisələri baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisələr dörd fərqli ünvanda qeydə alınıb.
İlkin məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.