
Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisələr son 3 gün ərzində baş verib.
Belə ki, ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.