10-02-2024, 12:31 512

Mediada uşaq hüquqlarının pozulduğu aşkarlanıb

Ombudsman Səbinə Əliyeva mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı müraciət edib.

Bu barədə “Report”a Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Müraciətdə deyilir ki, Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, mediada yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatların, materialların media subyektləri və jurnalistlər tərəfindən yayılması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir.

Müraciətdə bildirilir ki, bir çox media subyektləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı dərc olunan və ya yayımlanan materiallarda həmin şəxslərin fotoşəkli və ya videogörüntüləri də daxil olmaqla fərdi məlumatlarının aşkar surətdə verilməsi hallarına rast gəlinir. Bununla yanaşı, bəzi media subyektləri tərəfindən böyük izləyici kütləsini cəlb etmək məqsədilə uşaqların mənafeyinə, həyat və sağlamlığına zərər gətirməklə, onların iştirakı ilə sensasiya doğuran xəbər şəklində yayımlanan materiallar xüsusilə təəssüf doğurur.

Ombudsman qeyd edib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir:

"Bununla yanaşı, həmin qanunda mediada informasiyanın dərc olunması və yayımlanması zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməsinin vacibliyi təsbit edilib. Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə edilməsi, yəni, açıqlanması qanunla qadağan edilən informasiyanın yayılması və ya informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur".

İnsan Hüquqları üzrə Müvəkkil bəyan edib ki, uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradacaq, onların özünə qəsd etməsinə səbəb ola biləcək materialların yayımlanması, belə materiallarda uşağa dair fərdi məlumatların yer alması yolverilməzdir.

"Bu baxımdan, media subyektləri və jurnalistlər tərəfindən uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir.

Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı və onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılmalıdır.

Qeyd edilənləri nəzərə alaraq, media subyektlərini və jurnalistləri peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmağa və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirməyə çağırıram" - deyə, Ombudsman Səbinə Əliyeva qeyd edib.

Paylaş

Xəbər lenti

"Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR