
İsmayıllıda avtomat aşkarlanıb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.