
Sumqayıt şəhərində 68 yaşlı kişinin meyiti tapılıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü Nəcəfov İsmayıl Mayis oğlunun meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.