
Bu ilin yanvar-may aylarında Azərbaycanda 32 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
“AVESTA.AZ”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 69 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 140 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 75 % çoxdur.
2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.