11-06-2024, 20:58 576

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə "AVESTA.AZ"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48978 abituriyentdən (II qrup üzrə 23874 nəfər, III qrup üzrə 25104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 10:00-dan 15 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.

Paylaş

Xəbər lenti

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb Bu gün, 21:49 Bakıda zəncirvari qəza Bu gün, 21:49 Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib Bu gün, 21:48 Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib Bu gün, 21:48 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib Bu gün, 21:48 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb Bu gün, 21:48 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Bu gün, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Bu gün, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Bu gün, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Bu gün, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Bu gün, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Bu gün, 19:48 Tramp İranda yeni hədəf göstərdi Bu gün, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Bu gün, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Bu gün, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Bu gün, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Bu gün, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Bu gün, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Bu gün, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Bu gün, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Bu gün, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Bu gün, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Bu gün, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu gün, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Bu gün, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Bu gün, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Bu gün, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Bu gün, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Bu gün, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Bu gün, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Bu gün, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Bu gün, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Bu gün, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Bu gün, 16:48 Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb Bu gün, 16:48 Metroda 6 müasir ventilyator quraşdırılıb Bu gün, 16:48 Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub Bu gün, 16:48 Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb Bu gün, 16:48 DÇ-2026-da tətbiq edilən VAR qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq Bu gün, 16:48 Bayramov: Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır Bu gün, 16:48 Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət Bu gün, 16:48 "BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb Bu gün, 16:48 Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI Bu gün, 16:48 Məşhur türkiyəli aparıcı vəfat edib Bu gün, 15:48 1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR