
Qızılın qiyməti bir unsiya üçün, təqribən, 1714 ABŞ dollarına qədər düşüb.
“AVESTA.AZ”un məlumatına görə, bunu birjaların məlumatları göstərir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 3,2 dollar və ya 0,19 % ucuzlaşaraq 1714,2 dollar təşkil edib. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,84 % ucuzlaşaraq bir unsiya üçün 19,328 dollar olub.
Xatırladaq ki, qızılın qiyməti ABŞ-da inflyasiya ilə bağlı məlumatların dərcindən sonra dolların dünya valyutalarına nisbətdə 1,5 % möhkəmlənməsi fonunda ucuzlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.