14-09-2022, 21:00 552

Sahibə Qafarova Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb:

"Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülüb. Təxribatın qarşısının alınması zamanı 50 nəfər hərbçimiz şəhid olub".

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirmiş, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.

Müraciətdə vurğulanıb ki, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə və təkliflərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində külli miqdarda sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Artıq bu ərazilərə bir qrup məcburi köçkün ailələrinin geri qayıtması prosesinə başlanmışdır. Ermənistan öz təxribatları ilə bu prosesə əngəl törədir.

Bildirilir ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, Ermənistan əldə olunmuş atəşkəsi pozmağa davam edir. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Spikerin müraciətində qeyd olunur ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə qarşı yönəlmiş bu addımlarını qınamağa çağırır.

Paylaş

Xəbər lenti

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR