
NATO-nun Rumıniyanın şərqində təlimləri başlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə Niderland, Polşa, Portuqaliya, ABŞ və Fransadan olan 700-ə yaxın əsgər iştirak edir.
Məqsəd müttəfiq ölkələr arasında qarşılıqlı əlaqə və qarşılıqlı etimadın artırılmasıdır.
Səksəndən çox hərbi texnikanın cəlb olunduğu manevrlər sentyabrın 23-dək davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.