26-07-2024, 20:41 603

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan olunub

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə "AVESTA.AZ"a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 5156 abituriyentdən 1576 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

Paylaş

Xəbər lenti

SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Bu gün, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Bu gün, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Bu gün, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Bu gün, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Bu gün, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Bu gün, 19:48 Tramp İranda yeni hədəf göstərdi Bu gün, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Bu gün, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Bu gün, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Bu gün, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Bu gün, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Bu gün, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Bu gün, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Bu gün, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Bu gün, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Bu gün, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Bu gün, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu gün, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Bu gün, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Bu gün, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Bu gün, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Bu gün, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Bu gün, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Bu gün, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Bu gün, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Bu gün, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Bu gün, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Bu gün, 16:48 Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb Bu gün, 16:48 Metroda 6 müasir ventilyator quraşdırılıb Bu gün, 16:48 Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub Bu gün, 16:48 Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb Bu gün, 16:48 DÇ-2026-da tətbiq edilən VAR qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq Bu gün, 16:48 Bayramov: Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır Bu gün, 16:48 Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət Bu gün, 16:48 "BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb Bu gün, 16:48 Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI Bu gün, 16:48 Məşhur türkiyəli aparıcı vəfat edib Bu gün, 15:48 1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48 Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər Bu gün, 14:48 10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü Bu gün, 14:48 Vəzifə saxtakarlığında ittiham olunan Zülfüqar Zülfüqarov hakim qarşısına çıxarılacaq Bu gün, 14:48 Bakıda daha bir məktəb sökülərək yenidən tikiləcək Bu gün, 14:48 Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş keçirilir Bu gün, 14:48 Vaqif Poeziya Günləri Şuşada davam edir Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR