
İcarə əsasında Almaniyanın "Leypsiq" kollektivində içıxış edən Xavi Simons daha bir il Bundesliqada forma geyinəcək.
"AVESTA.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin üzvü ilə 1 illik icarə müqaviləsi yenilənib.
21 yaşlı yarımmüdafiəçi müqavilə əsasında Fransanın PSJ komandasına məxsusdur.
Qeyd edək ki, ötən mövsüm "Leypsiq"in heyətində 32 oyuna çıxan Simons 8 qol vurmağı bacarıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.