
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Şıxbağı kəndində qeydə alınıb.
Belə ki, “Changan” markalı minik maşını yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, qəza zamanı iki nəfər ölüb, daha beş nəfər ağır xəsarətlər alıb.
Yaralılar Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.