
Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.