26-08-2024, 19:18 417

Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş mənada regional əks-sədasını gözləmək olar - RƏY

Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş mənada regional əks-sədasını gözləmək olar.

Bunu “AVESTA.AZ”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana 23-24 avqustda baş tutan dövlət səfəri bir çox baxımdan tarixi əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, bu səfərdən əsas yaddaqalan hadisə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olub:

“Bu müqavilənin imzalanması ilə Mərkəzi Asiya dövlətləri arasında Özbəkistan Azərbaycanın hüquqi baxımdan ən üst səviyyəli münasibətlər qurduğu dövlətə çevrildi. Azərbaycan öz regionunda əsas gücdür, Özbəkistan isə Mərkəzi Asiyada əsas iqtisadi və siyasi güc mərkəzinə çevrilməkdədir. Daha geniş pəncərədən baxsaq, Cənubi Qafqaz və Mərkəzi Asiya Xəzər regionunun bir parçasıdır, Orta Dəhliz regionudur. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirməsinin əsasında həm də iqtisadi və siyasi maraqlar dayanır. Ancaq bununla belə, iki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı dövlət başçılarının şəxsi münasibətlərindən qaynaqlanır. Onların münasibətlərinin yüksək səviyyəsi digər sahələrdə əməkdaşlıqda təkan rolunu oynayır”.

N.Əhmədov hesab edir ki, Avrasiya materikində baş verən proseslər Azərbaycanı Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirməyə sövq edir.

“Səfər çərçivəsində digər diqqət çəkən məqam Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın I iclasının baş tutmasıdır. Çünki ancaq müttəfiqlik səviyyəsində olan dövlətlər arasında bu cür dövlətlərarası şura mövcud olur”,-politoloq qeyd edib.

Siyasi şərhçi səfər zamanı çoxsaylı razılaşmaların əldə olunmasına da diqqət çəkərək vurğulayıb ki, onların çoxu iqtisadi xarakter daşıyır:

“Birgə yaradılan İnvestisiya Fondunun layihə dəyərinin 500 milyon dollardan 1 milyard dollara qədər artırılması məsələsinin gündəmə gətirilməsi də iki ölkə arasındakı iqtisadi əlaqələrinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan və Özbəkistan arasındakı bu fond təkcə iki ölkə daxilində yox, üçüncü ölkələrdə də birgə investisiyaların təşviq edilməsi ilə bağlı məsələlərin müzakirəsinə imkan verir. Bu baxımdan, Əfqanıstanda Azərbaycan və Özbəkistanın birgə investisiyasının qoyulması ilə bağlı məsələ gündəmdədir. Birgə əməkdaşlığın daha geniş coğrafiyada təmsil olunması baxımından bu, diqqətçəkən məqamdır”.

N.Əhmədovun fikrincə, dövlətlərarası ticarət dövriyyəsinin son beş ildə üç dəfədən çox artması və cari ilin ilk aylarından artımın müşahidə edilməsi onu deməyə əsas verir ki, gündəmdə duran əsas məsələ iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsidir:

“İki ölkəni birləşdirən daha vacib iqtisadi məqam isə nəqliyyat dəhlizidir ki, bu, daha çox Orta Dəhlizlə bağlıdır. Orta Dəhliz hər iki ölkənin maraqlarının kəsişdiyi layihədir. Xüsusilə Özbəkistan üçün Avropa Bazarlarına çıxış imkanı verir. Nəqliyyatdan sonra digər vacib əməkdaşlıq istiqaməti enerji sahəsidir. May ayında Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında üçtərəfli enerji razılaşması əldə edilib. Bu razılaşmaya əsasən, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji mənbələrindən əldə etdikləri enerji Azərbaycan üzərindən Avropa bazarına çıxarılacaq. Bu layihə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstanın dördtərəfli razılaşmasının bir əlavəsi kimi də nəzərdən keçirilə bilər”.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR