3-10-2024, 16:43 443

Zərərçəkənlər pul, ev tələb edirlər - Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmə

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi davam etdirilib.

“AVESTA.AZ” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkən şəxslərin hüquqi varisləri ifadə verib.

Prosesdə zərərçəkən şəxsin hüquqi varisi qismində tanınan Gülnaz Məmmədova ifadə verib.

O bildirib ki, həyat yoldaşı Elvin Məmmədov zavodda baş verən partlayış nəticəsində həlak olub:

"Yoldaşım 2015-ci ildən zavodda Babək Nəzərov adlı şəxsin sexində kəsim aparatını işlədirdi. Hadisədən sonra beş min manat ödəniş olunub. İki övladım var, Elvin öləndən sonra ortalıqda qalmışıq. İddiam odur ki, bizi evlə təmin etsinlər".

Hadisə nəticəsində zavodda həlak olan Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova da deyib ki, yoldaşı sözügedən obyektdə icarə əsasında yer götürüb:

“Hadisədən sonra Tağı İbrahimovun qohumları mənə beş min manat ödəniş ediblər”.

Təqsirləndirilən Tağı İbrahimov bildirib ki, E.Qubadovanın həyat yoldaşı Fərid Qubadov zavodla yox, obyektdə fəaliyyət göstərən digər sexlə müqavilə bağlayaraq icarə haqqı ödəyib.

Zərərçəkən Fərrux Hüseynov isə hadisə nəticəsində ona maddi ziyanın dəydiyini deyib:

"Zavodda mebel sexim var idi. Həmin yeri Toğrul Rzayevdən icarəyə götürmüşdüm. Sexdə 10 il işçi kimi işləmişəm, daha sonra isə həmin sexi icarəyə götürüb özüm işlətmişəm. Qeyri-rəsmi işlədirdim, heç bir müqavilə yox idi. Hadisə nəticəsində kəsim aparatlarına, dəzgahlara ziyan dəyib, 113 min manatlıq zərərim var. Yeri Həmid İbrahimovdan əvvəlki müdirim icarəyə götürmüşdü."

Hadisə nəticəsində həlak olan Solmaz Abbasovanın oğlu Tural Həsənov bildirib ki, anası tikiş sexində işləyib. Hadisə baş verəndən bir neçə saat sonra anasının həlak olduğunu öyrənib.

Zərərçəkən şəxsin hüquqi varisi Bəhram Atakişiyev də hadisə nəticəsində atasını itirdiyini deyib. O deyib ki, atası 10 il partlayış baş verən zavodda işləyib.

Məhkəmənin növbəti iclası oktyabrın 22-ə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Paylaş

Xəbər lenti

Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Bu gün, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Bu gün, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Bu gün, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Bu gün, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48 Fələstinin bəzi kənd təsərrüfatı məhsulları Azərbaycana güzəştli şərtlərlə ixrac oluna bilər Bu gün, 12:48 AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir Bu gün, 12:48 Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib Bu gün, 12:48 "Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır Bu gün, 12:48 Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb Bu gün, 12:48 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR