17-10-2024, 18:50 344

COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir.

Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliklərindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. Belə ki, Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcək.

Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlardan istifadə edə biləcəklər. Qeyd edək ki, bu materialların əksəriyyəti Azərbaycanda yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb.

Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada əlilliyi görünməyən insanlar üçün günəbaxan simvollu lentlər istəyə görə təqdim olunacaq, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti və elektrikli təkərli oturacaqlar üçün enerji doldurma məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkərli oturacaqlar təklif olunacaq.

Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerdəyişməsini asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müyəssər sanitar qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) “yaşıl keçid” zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktil xəritələr yerləşdiriləcək.

Müyəssərlik və inklüzivlik öhdəliklərinin eyni zamanda qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra edilir. Belə ki, iştirakçılara müyəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək.

Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin əməkdaşları və könüllülər fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsə yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnəcəklər.

Paylaş

Xəbər lenti

Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 Qızla tanış olmaq üçün görüşə gedib TALANDI - Saxlanılanlar var Bu gün, 18:48 70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar Bu gün, 18:48 Verilişə 6 milyon dollarlıq saat taxıb gəldi Bu gün, 18:48 Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 18:48 Xəstə təfəkkürün efirdə təcəssümü - Solovyovun iyrənc qəzəbli obrazı... Bu gün, 18:48 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu yollardan istifadə etməyin Bu gün, 18:48 Rüfət Axundov: "Kimsə mənə səhv edəndə xoşbəxt oluram" Bu gün, 18:48 Taylanda səyahət etmək istəyənlərin NƏZƏRİNƏ - Viza ilə bağlı dəyişiklik edilir Bu gün, 17:48 Cəbrayılda siqaret istehsal ediləcək Bu gün, 17:48 Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı Bu gün, 17:48 Serenay Sarıkaya bu adaya köçür Bu gün, 17:48 Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 17:48 Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib Bu gün, 17:48 Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub Bu gün, 17:48 Ermənistanda revanşistlər yenidən hakimiyyətə gəlsə, Azərbaycan necə davranacaq? Bu gün, 17:48 Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı Bu gün, 17:48 Elektron siqaretlərlə bağlı QƏRAR İMZALANDI Bu gün, 17:48 SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir Bu gün, 16:48 WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər Bu gün, 16:48 Pentaqon Ay şəkillərindəki UNO-ların "real obyekt" olduğunu açıqladı Bu gün, 16:48 Nazirlikdən hantavirusla bağlı AÇIQLAMA Bu gün, 16:48 Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır Bu gün, 16:48 Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi oldu - Rəsmi açıqlama olacaq Bu gün, 16:48 Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu Bu gün, 16:48 Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib Bu gün, 16:48 Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub Bu gün, 16:48 "Simpsonlar" hantavirus yayılmasını illər əvvəl proqnozlaşdırıb? - Şok İDDİA Bu gün, 16:48 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI Bu gün, 16:48 Qocalmağın qarşısını almaq üçün bunu müntəzəm olaraq edin Bu gün, 16:48 Yurd həsrəti bitən şəhid ailəsi: "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." Bu gün, 16:48 Farah Zeynep Abdullahın bu görüntüləri sevənlərini qorxutdu Bu gün, 16:48 Həkim açıqladı: İnək südü kimlər üçün zərərli ola bilər? Bu gün, 16:48 Vüsalədən sənət adamlarına: "Mikrofonu sönüb, əli-ayağı dolaşıb bir-birinə..." Bu gün, 15:48 Avropanın ən gözəl yeni otellərinin adları açıqlandı - SİYAHI Bu gün, 15:48 Rusiya prezidentindən alman dili müəlliminə JEST Bu gün, 15:48 Yusuf Güney azadlığa buraxıldı Bu gün, 15:48 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub Bu gün, 15:48 "Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı Bu gün, 15:48 Billi Ayliş karyerasını bitirir? Bu gün, 15:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 15:48 Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı Bu gün, 14:48 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA Bu gün, 14:48 Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur Bu gün, 14:48 Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM Bu gün, 14:48 Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir Bu gün, 14:48 Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR