
Naxçıvanda 2 tona yaxın çətənə kolu yandırılaraq məhv edilib.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa rayonu ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 2 tona yaxın olan 160 min 625 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.