
Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticələnən 1990-cı il təvəllüdlü N.Quliyev və 1996-cı il təvəllüdlü K.Quliyeva xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.