15-11-2024, 18:17 572

MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb, indiyə qədər ödənən ziyan açıqlanıb

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına verilən sorğuya cavab gəlib.

İstintaq orqanından verilən cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib:

"İş üzrə təqsirləndirilən Nizami Məmmədov tərəfindən 12 milyon 203 min manat, Vüsal Əlizadə 101 min, Cəlal Kazımov isə 110 min manat dəymiş ziyandan dövlət büdcəsinə ziyan ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanının ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub".

General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, iş üzrə şahid qismində dindirilən və Maliyyə və Büdcə idarəsinin keçmiş mühasibi olmuş Akif Umudov 210 min manat Nizami Məmmədovun adından zərər ödəyib:

"O məhkəmə zamanı da bildirdi ki, dəymiş ziyanı Nizami Məmmədovun adından ödəyib. Halbuki, istintaq orqanı həmin ziyanı hesablamayıb. Xahiş edirik ki, həmin ödəniş hesablansın".

İş üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Çıxış üçün söz dövlət ittihamçısına verilib, o, çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48 Yusif Axundov və Şaban Cəərçiyevə yüksək vəzifə verildi Bu gün, 13:49 AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ Bu gün, 13:48 İstanbulda metroda kiçik partlayışlar oldu - Vətəndaşlar təxliyə edildi Bu gün, 13:48 İspaniyada sürət qatarında yanğın: 300 sərnişin təxliyə edildi Bu gün, 13:48 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir? Bu gün, 13:48 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü... Bu gün, 13:48 Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri döndü - SƏBƏB... Bu gün, 13:48 İdman zalından çıxan Cennifer Lopez paparazzilərin obyektivində... Bu gün, 13:48 Qusarda qonşusunu telefonla çəkən qadını döyən şəxsə 260 saat cəza verildi Bu gün, 13:48 Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ Bu gün, 13:48 Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı Bu gün, 12:48 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Bu gün, 12:48 Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub Bu gün, 12:48 23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki Bu gün, 12:48 Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək Bu gün, 12:48 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir Bu gün, 12:48 Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram Bu gün, 12:48 Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyirdi Bu gün, 12:48 Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar Bu gün, 12:48 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 12:48 Azərbaycanlı tarzən vəfat etdi Bu gün, 11:48 Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 11:48 Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq Bu gün, 11:48 "Roşka"ya hökm oxundu Bu gün, 11:48 "Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI Bu gün, 11:48 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu Bu gün, 11:48 Bu il 3148 abituriyent 600-dən yüksək bal toplayıb Bu gün, 11:48 İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfaf etdi Bu gün, 11:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib Bu gün, 11:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR