
Bakının Xəzər rayonunda 31 yaşlı qadın yol qəzasında xəsarət alıb.
“AVESTA.AZ”un məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Məmmədova Fəridə Akif qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.