12-12-2024, 22:07 622

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Bu barədə "Report"a qurumdan bildirilib.

Bildirilir ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

"Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik", - FHN bəyan edib.

Bundan başqa vurğulanır ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində soyuq və kəskin hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Paylaş

Xəbər lenti

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48 At məşhur aktrisanı dişlədi Bu gün, 13:48 "Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu Bu gün, 13:48 Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı Bu gün, 13:48 Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb Bu gün, 13:48 İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi? Bu gün, 13:48 Ceyhun Bayramov Türkmənistanda MDB XİN Şurasının iclasında iştirak edəcək Bu gün, 12:48 Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq Bu gün, 12:48 Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi Bu gün, 12:48 Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib Bu gün, 12:48 Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir Bu gün, 12:48 8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq Bu gün, 12:48 Dünya çempionatı: Zelim Tçkayev növbəti mərhələyə vəsiqə qazanıb Bu gün, 12:48 Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq Bu gün, 12:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb Bu gün, 12:48 Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir Bu gün, 11:48 Ağdamda Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR