22-01-2025, 20:55 440

Azərbaycan və İtaliya parlamentlərinin qarşılıqlı fəaliyyəti müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

"AVESTA.AZ" xəbər verir ki, görüşdə ölkələr və parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Lorenzo Fontana inamını ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirərək, bu çərçivədə parlamentlər arasında da əlaqələrin inkişafından məmnunluğunu bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini, İtaliyanın bu münasibətlərin daha da inkişafına hər cür dəstək verməyə hazır olduğunu söyləyib. O, Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edib.

Bu səfərin onun İtaliya Respublikasına ikinci rəsmi səfəri olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu, ölkəmizin İtaliya Parlamenti ilə münasibətlərə nə qədər əhəmiyyət verdiyini göstərir.

İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkələr arasında bir çox sahələri əhatə edən münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.

Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin vacib rolunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, parlament dostluq qrupları, digər parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərdə yaxşı təcrübə mövcuddur. Milli Məclisin nümayəndələrinin İtaliyaya səfərləri ilə yanaşı, ölkəmizdə keçirilən bir çox mühüm tədbirlərdə italiyalı parlament üzvləri iştirak ediblər. Qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsində dostluq qruplarının birgə fəaliyyətinin vacibliyi də qeyd edilərək, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb.

Söhbət zamanı təhsil, elm və mədəniyyət sahələrində də əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi, bu cür əməkdaşlığın ölkələr arasında əlaqələrin gücləndirilməsinə, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Bu baxımdan Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi bir sıra mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS Bu gün, 15:48 Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 15:48 Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu Bu gün, 15:48 SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb Bu gün, 15:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb Bu gün, 15:48 YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb Bu gün, 14:48 Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı Bu gün, 14:48 İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib Bu gün, 14:48 Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir Bu gün, 14:48 İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi Bu gün, 13:48 59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı Bu gün, 13:48 Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR