23-01-2025, 10:12 398

AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.

“Report” AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:

  • Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.
  • Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.
  • Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.
  • Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.

“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.

NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: “Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir.
Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm.”

Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Bu gün, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Bu gün, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Bu gün, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Bu gün, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Bu gün, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Bu gün, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Bu gün, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Bu gün, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Bu gün, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Bu gün, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48 "Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur Bu gün, 14:48 ADMİU-nun tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI Bu gün, 14:48 SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Bu gün, 14:48 "Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR