
İngiltərənin "Çelsi" klubu heyətini portuqaliyalı futbolçu ilə gücləndirmək istəyir.
"AVESTA.AZ" "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Dariu Essuqunu heyətinə cəlb etmək niyyətindədir.
"Çelsi" 19 yaşlı yarımmüdafiəçinin transferini cari mövsümün sonunda raellaşdırmağa çalışacaq. Hazırda futbolçu icarə əsasında İspaniyanın "Las Palmas" komandasında çıxış edir.
Qeyd edək ki, yarımmüdafiəçinin "Sportinq"lə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalında onun dəyəri 8 milyon avro qiymətləndirilir. O, Lissabon komandasında 34 oyun keçirib və bir məhsuldar ötürmə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.