3-03-2025, 14:48 307

Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib

Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, əvvəlcə hökumət başçılarının təkbətək danışıqları olub, onlar ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.

Sonra Ə.Əsədov və O.Bektenov hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.

Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.

Tərəflər Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.

Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan prezidentinə minnətdarlıq ifadə edilib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Hökumət başçıları 165 sənəddən ibarət çox geniş müqavilə-hüquq bazasında öz əksini tapmış ikitərəfli əməkdaşlığın möhkəm tarixini qeyd ediblər.

Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasını alqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.

İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.

Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.

Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.

Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.

Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.

Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş "Rəqəmsal İpək Yolu" strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.

Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.

Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı qeyd edilib. Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.

Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən üçüncü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar. Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edən Ə.Əsədov Azərbaycan Prezidentinin Xəzər dənizinin dayazlaşmasının səbəblərini müəyyən etmək və dayandırmaq üçün tədbirlərin müəyyən edilməsi üzrə ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu baxımdan COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf tempini müsbət qiymətləndirib və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ənənəsinin bərpasını alqışlayıblar. Təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyi qeyd edilib. Ə.Əsədov qazaxıstanlı idmançılara cari ilin sentyabr-oktyabr aylarında Gəncədə və Azərbaycanın digər şəhərlərində keçiriləcək III MDB Oyunlarında uğurlar arzulayıb. Qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib.

Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqlardan sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR