
Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.
Federasiyadan "AVESTA.AZ"a verilən məlumata görə, 31 yaşlı qolkiper "Atırau" klubuna keçib.
O, icarə əsasında sözügedən komandada çıxış edəcək.
Qeyd edək ki, Rövşən Hüseynli daha əvvəl Rusiya "Torpedo"sunun da formasını geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.