
Hindistanın şərqində yerləşən Bihar ştatında güclü yağışların müşayiəti ilə baş verən ildırım düşməsi nəticəsində 8 nəfər ölüb.
BAKU.WS son dakika-ya istinadən xəbər verir ki, ildırım iki rayona düşüb.
Həlak olan şəxslərin tarlada çalışdığı bildirilib. Yaralananlar isə xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb.
Qeyd edək ki, Hindistanda musson mövsümündə ildırım hadisələri tez-tez baş verir və bu da insan tələfatı ilə nəticələnir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.