
Azərbaycan və Özbəkistan, xalqlarımız arasında dostluq əbədi olsun.
“AVESTA.AZ” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında azərbaycanlı həmkarı Ceyhun Bayramova təbrik paylaşımında yazıb.
“Əziz Ceyhun Bayramov, sizi Azərbaycanın Müstəqilliyinin 31-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Ölkələrimiz və xalqlarımız arasında dostluq əbədi olsun!" - nazir sosial şəbəkə hesabında yazıb.
Nazir paylaşımına "Müstəqilliyin Bərpası Günü” haşteqini də əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.